Accessibility links

ABŞ Konqresinin 29 üzvü Obamanı Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasına çağırıb


ABŞ Konqresinin hər iki partiyadan 29 üzvü prezident Obamaya ünvanladıqları məktubda ABŞ-Türkiyə əlaqələrinin dərinləşdirilməsi və Türkiyə liderləri ilə beynəlxalq təhlükəziklik problemlərinin həllində yaxından iş birliyinə çağırılır. Cari ayın 5-də prezident ObamanınTürkiyəyə səfərindən əvvəl NATO müttəfiqi Türkiyə ilə qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasının vacibliyi vurğulanır.

Məktubda Türkiyənin Ermənistanla əlaqərinin normallaşdırılması, Türkiyənin Avropa Birliyinə qəbulu və Ankara hökumətinin PKK ilə mübarizə səylərinə dəstək verilməsinin vacibliyi vurğulanır. Bildirilir ki, ABŞ prezidentinin ilk xarici səfəri çərçivəsində Türkiyəyə getməsi ABŞ-Türkiyə münasibətlərinin vacibliyinə sübut mahiyyəti daşıyır. Məktubda son yarım əsr ərzində Türkiyə-ABŞ strategi tərəfdaşlığının hər iki ölkənin mənafeyinə xidmət etdiyi deyilir.

XS
SM
MD
LG