Accessibility links

Ərəb qadın İsrailin polis məntəqəsinə atəş açıb


İsrail polisinin sözçüsü bildirir ki, ölkənin cənub sərhədində bir Ərəb qadın polis məntəqəsini atəşə tuttduqdan sonra, sərhəd keşikçilərinin cavab atəşi nəticəsində öldürülüb. Qadının kimliyi hələlik bilinmir. Bu arada Fələstinli tibb işçiləri bildirirlər ki, Həmasın nəzarət atdiyi Qəzza zolağında İsrail əsgərləri iki fələstin yaraqlısını öldürüblər. İsrail ordusunun sözçüsü əsgərlərlə bir neçə silahlı şəxslər arasında toqquşmaların baş verdiyini və iki yaraqlının öldürüldüyünü təsdiq edib. Fələstinin xilas işçiləri isə bildirirlər ki, onlar həmin bölgədə iki cəsəd tapıblar.
XS
SM
MD
LG