İraq
polisi deyir ki, Bağdadda ardıcıl 6 avtomobil partlayışı nəticəsində 32 nəfər
həlak olub, çoxsaylı insansa xəsarət alıb. Hücum paytaxtın Sədr şəhəri
yaxınlığında baş verib. Partlayış nəticəsində 10 nəfər həlak olub. 28 nəfərin
isə yaralandığı bildirilir. Bağdadın mərkəzində başqa bir bomba partlayışı 6
nəfərin həyatına son qoyub. İraq Daxili İşlər Nazirliyinə məxsus konvoyu hədəf
alan digər hücum nəticəsində isə 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
4-cü hücum zamanı isə 2 nəfər öldürülüb.