Accessibility links

Beynəlxalq təhlilçilər Azərbaycan-Türkiyə münasibətləri barədə


Azərbaycan prezidenti İlham Əliyev İstanbula getməməklə, faktiki olaraq, Ankaranın-Ermənistan danışıqlarını boykot edib. Bunu nüfuzlu Stratfor Araşdırmalar Mərkəzi bugünkü təhlilində yazır.

Mərkəzin fikrincə, Bakı Ankara ilə Yerevan arasında münasibətlərin bərpa oluna bilməsindən çox məyusdur:

“Bu barədə şayiələr ortaya çıxanda Azərbaycanda Türkiyəyə mavi qazın nəqlini dayandırmaq barədə çağırışlar səslənirdi, indi isə Əliyev məhz İstanbulda təşkil olunduğuna görə, Obama ilə mümkün görüşündən də çəkinib”.

Mərkəz daha sonra diqqəti ona yönəldir ki, Azərbaycanla Türkiyə dərin köklü əməkdaşlığa malikdirlər:

“Azərbaycanlılar özlərini türk qrupundan olan xalq yox, məhz türk hesab edirlər. Sovetlər birliyi çökəndən sonra iki məsələ bu ölkələri bir-birinə daha da yaxınlaşdırdı. Birincisi, Türkiyə Azərbaycanla sərhədlərini açdı, böyük pullar ölkəyə axdı. İknicisi isə Qarabağ müharibəsinə və Azərbaycan torpaqlarının işğalına etiraz olaraq, Ermənistanla sərhədlərini bağladı”.

Stratfor xatırladır ki, Azərbaycan Türkiyəyə özünün yeganə etibarlı müttəfiqi kimi baxır:

“Amerika çox uzaqdadır, Rusiya isə Azərbaycana təzyiqlər göstərir, bir yanda da Azərbaycana təhlükəli gözlə baxan İran durur. Yerdə qalır Gürcüstan, onu da Azərbaycan üçün o qədər də bacarıqlı müttəfiq saymaq olmaz”.

Mərkəz əlavə edir ki, düzdür, coğrafi olaraq Azərbaycan Xəzər dənizi və Gürcüstana qapı kimi mühüm əhəmiyyətə malikdir, lakin Türkiyəsiz azərbaycanlılar öz ölkələrinin mövcudiyyəti üçün çox narahatdırlar:

“Buna görə də, türk-erməni düşmənçiliyi Azərbaycan siyasətinin formal onurğa sütununu təşkil edir”.

Mərkəzin təhlilinə görə, Azərbaycan hakimiyyəti indi Türkiyənin Ankara və Bakının ortaq düşməni olan Ermənistanla yaxınlaşmasına narazılığını ortaya qoymaqla, iki şeyə ümid bəsləyə bilər:

“Ya Bakının narazılığı türk-erməni barışıq planının qarşısını almağa kömək edəcək, ya da Azərbaycan bu sülh prosesinin tərkib hissəsi olmalıdır ki, Ermənistanla öz arasındakı problemini həll edə bilsin”.

Stratforun təhlilçisi Corc Fridmən isə “Right Side News” saytında dərc olunan məqaləsində Türkiyə və ABŞ-ı Azərbaycanı itirməmək üçün tədbirlər görməyə çağırır.

O qeyd edir ki, Obamanın Avropa turnesi Azərbaycanın da iştirak etdiyi bir sıra layihələri önə çıxarıb və Qərb özünün çoxtərəfli siyasi kursuna sadiq qalmalıdır.

“Amerika türk-ermən münasibətlərinini normallaşması kimi, Azərbaycan-Türkiyə əlaqələrini də möhkəmlətməlidir”.

Bunu isə Bunu Vaşinqtondakı Haritage Fondunun nüfuzlu ekspertləri Ariel Koen və Oven Qraham deyirlər.

Obamanın Türkyə səfərini şərh edən ekspertlər bugünkü məqalələrində Ankaranın Qərbdən uzaqlaşmasına baxmayaraq, NATO və digər cəbhgələrdə açar rolunu oynadığını qeyd edirlər.




XS
SM
MD
LG