Accessibility links

İraqın şiə məhəllələrinə hücumlar davam edir


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın Kazimiyyə məhəlləsindəki şiələrin ibadətgahı İmam Musa Əl-Kazım məqbərəsində baş verən bomba partlayışı 7 nəfərin ölümünə, 23 nəfərin yaralanmasına səbəb olub. Bundan bir gün əvvəl isə elə həmin ərazidə baş verən bomba partlayışı azı 8 nəfərin ölümü ilə nəticələnmişdi. İraq hökuməti şiələrin yaşadığı bölgələrdə həyata keçirilən hücumlarda Əl-Qaidə və İraqın sabiq lideri Səddam Hüseyn tərəfdarlarını günahlandırır. Son zamanlar baş verən zorakılıqlara görə bu gündən etibarən Falluca şəhərində qadağan saatı tətbiq edilir.

XS
SM
MD
LG