Accessibility links

Nino Burcanadze: ‘Təəssüf ki, Saakaşvili xalqın ümidlərini doğrultmadı’ 


Gürcüstanda hakimiyyətlə müxalifət arasında xeyli vaxtdır ki, davam edən siyasi gərginlik bu həftə özünün kuliminasiya həddinə çatdı.

Aprelin 9-da və 10-da müxalifət qüvvələri Tbilisinin mərkəzində etiraz nümayişləri keçiriblər.

Bu arada, ölkənin aparıcı müxalifət lideri Nino Burcanadze Amerikanın səsi radiosuna müsahibə verib.

Gürcüstanın müxalifət lideri Nino Burcanadze hazırda ölkədə baş verənlər prosesləri 2003-cü ildən hakimiyyətdə olan prezident Mixail Saakaşvili üçün ən ciddi sınaq adlandırır.

Burcanadze deyib ki, nümayişlər kütləvi xarakter daşıyır, belə ki, aksiyaların ilk günündə praktiki olaraq, 200 min adam Tbilisi küçələrinə çıxıb:

“Bu, böyük rəqəmdir. Çünki Tbilisinin ümumi əhalisi milyondan çox deyil”.

Xanım Burcanadze bildirib ki, etiraz nümayişlərinin hədəfi demokratiya, münaqişələrin həlli və ölkəyə adekvat lider əldə etməkdir.

Amerikanın səsinə müsahibəsində Gürcüstan müxalifətinin lideri daha sonra ölkədə müxalif qüvvələrə olan təzyiqlərdən bəhs edir.

O deyib ki, hakimiyyət partiyaları susdurmaq üçün, onların tərəfdarlarını həbs edir.

Elə mitinqdən əvvəl də müxalifətçilər təkcə Tbilisi kənarındakı Rustavi şəhərində 60 nəfər tərəfdarlarının həbs olunduğunu iddia edirdilər.

Burcanadze deyir ki, həbs olunanların yeganə günahı bir gün sonrakı aksiyaya qatılmaq üçün Tbilisiyə gəlmək istəyi idi.

Mart ayının sonunda Burcanadzenin bir qrup tərəfdaşı silah alveri və dövlət çevrilişinə hazırlıq ittihamıyla həbs edilmişdilər.

Çoxları bu əhvalatı hakimiyyətin acizliyi kimi qəbul etdi, bu hadisə Saakaşvili hökümətinin nüfuzuna təsir göstərdi.

Qızılgül inqilabı zamanı Saakaşvili ilə çiyin-çiyinə mübarizə aparmış Burcanadze müsahibəsində 5 il əvvələ də qayıdır.

O, deyir ki, 5 il əvvəl hazırkı prezidentlə demokratiya, insan haqları və Gürcüstanın bütövlüyü kimi ideyalar uğrunda birlikdə olmasından təəssüflənir.

"Baxmayaraq ki, o vaxt baş verənlər xalqın tələbi idi. Təəssüf ki, Saakaşvili xalqın ümidlərini doğrultmadı” – deyə Burcanadze vurğulayıb.

Rəsmi olaraq, Gürcüstandakı nümayişlərin əsas məqsədi kimi Saakaşvilinin ötən il Rusiya ilə müharibəyə getməsi göstərilir.

Avqust müharibəsindən sonra prezidentə Gürcüstanda dəstək zəifləməkdədir.

Global iqtisadi tənəzzül və Qərbin Rusiyayla münasibətləri yaxşılaşdırmaq istəyi də Saakaşvilinin vəziyyətini daha da çətinləşdirib.

XS
SM
MD
LG