Accessibility links

Amerikada tədris metodunu dəyişmə səyləri


Cey Metyunun yazdığı “Gərgin işlə, Müvəffəq ol” kitabı karyeralarına Texas ştatının Hyuston şəhərində yerli məktəbdə başlayan 2 gənc müəllimin təşəbbüslərindən bəhs edir. Onlar elitar universitetdən yenicə məzun olublar. Hyustonda ibtidai sinifdə tədrisə başlayan bu müəllimlər özlərini təhsil üçün mükafat saysalar da, tezliklə bunu tam əksini görürlər. Dərsdə xaos yaşanır və müəllimlər nə edəcəklərini bilmir.

Müəllif Metyu deyir ki, Deyv Levin və Mayk Faynberq inkişafa nail olmaq üçün üzərilərində çox işləməlidirlər. Onlar magistratura müəllimlərindən dərs götürür və tezliklə daha mənalı tədris sisteminə keçirlər. Müəllimlər şagirdləri dərsdən sonra məktəbdə əlavə olaraq saxlayır, uşaqlar nizam-intizam qaydalarını pozanda valideynlərlə görüşürlər. Və nəhayət 1994-cü ildə onlar öz tədris metodlarının istifadə olunduğu kiçik bir sinif yaradırlar.
Nəticə o qədər heyrətamiz olur ki, sonrakı illərdə onların yanaşması bütün məktəbə yayılır və bu tədris metodu KIPP – “Bilik Güclü proqramdır” adı ilə tanınır. FPRIVATE "TYPE=PICT;ALT=Some educators say the cash incentives can not only motivate students to work harder in school, but also to focus on long-term goals in life"

Artırılmış saatlar çox vacibdir. Normal dərs saatları 6 saat yarım olsa da, KIPP-də bu 9 saat çəkir. Burada habelə 3 həftəlik yay dərsləri tələb olunur. Məktəbdə komanda əhval-ruhiyyəsi yaradılır. Burada uşaqlar müəllimlər və valideynlər yer alır.


1995-ci ildən bəri KIPP Texas və başqa ştatlarda təsirli nəticələr verib.
“Gərgin işlə, Müvəffəq ol” kitabının müəllifi Cey Metyu deyir ki, KIPP fonunda yeni proqramlar yaratmaq Amerikanın azgəlirli ailələrin uşaqlarına keyfiyyətli təhsil verə bilər. Ancaq 75 yaşlı veteran müəllim, “Təlimin silahı” kitabının müəllifi Con Teylor Qatto fərqli fikirə malikdir. O, Amerika təhsil sisteminin əsaslı islahata ehtiyacı olduğunu bildirir. Təhsil üzrə ekspert deyir ki, hazırkı təhsil sisteminin əsas aspektlərindən biri test sisteminin dəyişdirilməsidir. Onun fikrincə testlər uşaqları əzbərçiliyə öyrədir. Qatto habelə uşaqlara real dünya fəaliyyətlərində göstəricilərinə görə qiymət verilməsini irəli sürür. Ekspert deyir ki, uşaqlar sinif otağında vaxt keçirməkdənsə, məktəbdən kənar tapşırıqları yerinə yetirməlidir. Qatto yeni və sərt tədris planının uşaqların düşüncələrini sərbəstləşdirdiyini və onların tənqidi düşüncə mübadiləsi aparacağına inanır. 30 illik karyerası ərzində dövlət məktəbində müəllim işləyən Con Teylor Qatto hazırda təhsil islahatlarını tam olaraq dəstəkləyir.

XS
SM
MD
LG