Accessibility links

İran ABŞ-ın Əfqanıstanla bağlı siyasətini səhv strategiya adlandırır


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, ABŞ-ın Əfqanıstanda yeni strategiyası səhvdir və əlavə edib ki, Tehran "bu səhv siyasətə" düzəlişlər etmək istəyir. Cənab Əhmədinejad bildirib ki, güclü hərbi mövcudluq məsələnin həlli üçün kifayət deyil. İran prezidenti bu açıqlamaları Almaniyanın "Der Spiegel" qəzetinə müsahibəsi zamanı verib. Cənab Əhmədinejad qeyd edib ki, ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün görüləcək işlərdən biri ola bilər.

ABŞ prezidenti Barak Obamanın bu yaxınlarda Əfqanıstanla bağlı açıqladığı yeni strategiya ölkəyə əlavə hərbi qüvvə gətirilməsini nəzərdə tutur. Burada əsas prioritet kimi Əl-Qaidə və digər terror qruplarının məhv edilməsi göstərilir. Cənab Obama həmçinin İran da daxil olmaqla, regionun digər ölkələrilə daha geniş əməkdaşlığa çağırır.

XS
SM
MD
LG