Accessibility links

Türkiyədə kürd üsyançıları ilə əlaqədə şübhəli bilinən azı 40 adam saxlanılıb


Türkiyə polisi kürd üsyançı partiyası ilə əlaqədə şübhəli bilinən azı 40 adamı saxlayıb.

Polis bu gün ölkənin kürdlər yaşayan əsas şəhərlərində reyd keçirib.

Xəbər agentliklərinin məlumatına görə, tutulanlar arasında Kürd Demokratik Cəmiyyət Partiyasının sədr müavini də var.

Bu partiya hazırda Türkiyə Parlamentində 21 deputat kürsüsünə malikdir.

Türkiyədəki kürd əsilli siyasətçilər mütəmadi olaraq, 1984-cü ildən ölkənin cənubunda döyüşləraparan Kürd Fəhlə Partiyasını dəstəkləməkdə günahlandırılır.

Bu təşkilat Ankaranın və bir sıra dövlətlərin terroçu təşkilatlar siyahısındadır.

XS
SM
MD
LG