Accessibility links

Moldova müxalifəti seçkilərin nəticələrinin yenidən hesablanmasına dair səsverməni boykot edəcək


Moldovanın müxalifət partiyalarının liderləri parlament seçkilərinin nəticələrinin yenidən hesablanmasına dair səsverməni boykot edəcəklərini bildirmişlər. Ölkənin əsas üç müxalifət partiyası - Bizim Moldova, Liberal Partiya və Liberal Demokratik Partiyanın liderləri bu gün bildiriblər ki, Kommunist partiyası bu səsverməni seçkilər zamanı yol verilən qanunsuzluqları ört-basdır etmək üçün və kommunist rejimini davam etdirmək üçün edir. Müxalifət aprel ayının 5-də keçirilən parlament seçkiləri zamanı siyahılarda səs vermək üçün hələ yaşları çatmayanların, ölənlərin və uzun müddət ölkədən kənarda yaşayanların da adlarının olduğunu deyir. Aprel ayında keçirilən seçkilərin nəticələrinə görə prezident Vladimir Voroninin Kommunist Partiyası 50%, müxalifətdəki 3 partiya isə 35% səs qazanmışdı.

XS
SM
MD
LG