Accessibility links

Metyu Brayza sülh danışıqlarına nikbin baxır


ABŞ dövlət katibinin yardımçısı və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıya yola düşməzdən əvvəl xidmətimizə verdiyi müsahibədə təmsil etdiyi hökumətin Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın Cənubi Qafqaz siyasəti barədə mövqelərini bölüşdü. Səfərlə bağlı nikbin əhval ruhiyyədə olduğunu söyləyən Metyu Brayza Cənubi Qafqazada yüksək rütbəli dövlət rəsmiləri ilə görüşməyi planlaşdırır. Onun fikrincə biri-birləri ilə təmas quran Azərbaycan və Ermənistan rəhbərləri addım-addım əks tərəfin mövqeyini öyrənir. İndiyədək prezidentlərin üç görüşü olub. Cənab Brayzanın sözlərinə görə bu görüşlər liderlərə nə kimi ağrılı güzəştlərə gedilməsinin vacibliyi haqda dolğun təsəvvür yaradır.

“Onlar tədricən razılığa gəlmək üçün nə kimi mübadilələrin aparılması kontekstində düşünməyə başlayırlar. Bu danışıqların təbiəti elədir ki, sıçrayışlar həqiqətən sıçrayış formasında olur. Lakin görüləsi çox iş var. Mən ümid eüdərm ki, qarşıdan gələn aylarda, ola bilsin may və ya iyun aylarında biz sıçrayış əldə edə biləcəyik. Biz ös tərəfimizdən prezidentləri razılığa gətirmək üçün əlimizdən gələni edəcəyik," deyə cənab Brayza bildirdi.

Cənab Brayzanın sözlərinə görə yeni administrasiyanın Cənubi Qafqazla bağlı siyasətində mahiyyətcə ciddi dəyişiklik baş verməyib. Lakin fəallıq və regionla təmas baxımındanmüəyyən dəyişikliklər mövcuddur. O, prezident Obamanın və dövlət katibi Hillari klintonun Türkiyəyə səfərini buna misal kimi təqdim edib.Habelə Minsk qrupunun həmsədri qismində o, vasitəçilik səylərində cərəyan edən intensivləşməni vurğulayıb. Metyu Brayzanın sözlərinə görə dövlət katibi Hillari Klinton bu yaxınlarda aydın etdi ki, ABŞ Rusiya ilə münasibətlərdə yeni başlanğıca can atır. Lakin o, əlavə edib ki, bu başlanğıc Amerikanın Rusiyanın öz qonşuları ilə pis rəftarına müqavimətinin yumşalacağı, yaxud Kremlin enerji marşrutlarına dominantnlıq etməsi sayəsində baş verməyəcək.

Prezident Barak Obamanın bu yaxınlarda Türkiyəyə etdiyi səfərinə toxunan ABŞ rəsmisi səfər əsanısnda Cənubi Qafqaza xüsusi önəm verdiyini bildirdi.
“Prezident Obama Cənubi Qafqazdakı bu məsələlərə diqqət yetirdi, çünki tarixi sıçrayışlar yaxındadır.Bu sıçrayişlara nail olmaq üçün Cənubi Qafqaz liderləri və bu ölkələr konstruktiv və qarşılıqlı hörmət şəraitində işləməlidirlər.Bəzən dar hesabalamalara, siyasi və yaxud dövləti maraqlara çəkilmək həvəsi yaranır.Əlbəttə bu hər bir liderin üzləşdiyi gündəlik sınaqlardır. Lakin fərqli olan odur ki, bizim hazırkı prezidentimiz regionda, ələlxüsus Türkiyədə həddən artıq populyardır və onun bu sıçrayşlara nail olmaq iradəsi var.Obamanın Türkiyəyə səfəri özü-özlüyündə mühüm bir nailiyyət idi."- deyə, cənab Brayza bildirdi.

Azərbaycan-ABŞ münasibətlərinə gəldikdə cənab Brayza bu münasibətlərdə yeni eranın başlanacağına ümidlərini izhar etrdi.Cənubi Qafqaz regionu ilə bağlı 10 ildən artıq fəaliyyət göstərdiyini vurğulayan Brayza indiki məqamda yeni enerji və yeni sürətlənmənin mövcud olduğunu bildirdi. “Prezident Obama prezident Əliyevlə telefon söhbətində münaqişənin həlli ilə bağlı ədalətli razılığa gəlinməsinə iradəsinin olduğunu söyləyir.Bizim lderimiz və onun rəhbərlyi altında çalışan diplomatlar qarşıdan gələn aylarda ciddi dəyişikliyin baş verməsi üçün əlimizdən gələni edirik.Ümid edirəm ki, biz bu dəyişiklikləri və sıçrayışları görə biləcəyik.”

Hazırkı məqamda Amerika rəsmiləri Dağlıq Qarabağ danşıqlarının gedişatına həssas yanaşaraq detallara varmaqdan çəkinirlər. Bununla belə Metyu Brayzanın tonunda ABŞ-ın yaxın gələcəkdə əldə oluna biləcək sülhə inamlı olduğu aydın sezilirdi.
XS
SM
MD
LG