BMT-nin nüvə müfəttişləri Şimali Koreyanı tərk edirlər. Bundan əvvəl isə Pxenyan beynəlxalq müfəttişləri Yangbondakı nüvə obyektindən çıxarıb və silah növlü plutonium maddəsini yenidən istehsal etməyi planlaşdırdığını bəyan edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri bu gün Pxenyandan Pekinə yollanıblar. Lakin onlar jurnalistlərlə təmasdan imtina ediblər.
Agentlikdən bildiriblər ki, onların 4 müfəttişi Yanqbyondakı nüvə obyektində bütün möhürləri və girəcəkdəki kameraları sökdükdən sonra Şimali Koreyanı tərk ediblər.
ABŞ Dövlət Departamenti bildirir ki, monitorinqdə iştirak edən 4 amerikalı ekspert Şimali Koreyanın onların ölkədən çıxmasına qərar verməsindən sonra tərk ediblər.
Daha əvvəl BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı keçirməsini pisləmişdi.