Accessibility links

Bu gün İranda Ordu günüdür


İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin qlobal təhlükəsizlik sahəsində rolunu genişlədə biləcəyini deyib. Bu gün İranın Ordu günü münasibəti ilə çıxış edən dövlət başçısı Əhmədinejad bildirib ki, İranın silahlı qüvvələri regionda təhlükəsizliyi təminat altına almaqla yanaşı, dünyanın digər bölgələrində də təhlükəsizliyə yardım edə bilər.

İranın tələbə xəbər agentliyinin məlumatında bildirilir ki, İran lideri təkmilləşdirilmiş hərbi təchizat və müdafiə qabiliyyətindən danışıb. Mahmud Əhmədinejad deyib ki, İran regionda qüdrətli bir ölkə olaraq qalır və onu hədələyən düşmənləri məğlubiyyətə uğrayıb.

XS
SM
MD
LG