Accessibility links

Hillari Klinton Zimbabvenin birlik hökumətini alqışlayıb


ABŞ dövlət katibi Hillari Klinton Zimbabvenin birlik hökumətini alqışlayıb. Zimbabvenin Britaniyadan azadlığının 29-ci ildönümü münasibəti ilə təbrik mesajında xanım Klinton bildirib ki, islahat yolunda atılan addımlar Zimbabve xalqının mənafeyinə xidmət edəcək. Dövlət katibi hökuməti bu yolda irəliləməyə çağıraraq, ABŞ-ın Zimbayevə həmişə arxa olacağını bildirib. Hillari Klintonun təbrikləri Dövlət Departamentinin Zimbabveyə səyahət xəbərdarlıqlarını ləğv etməsindən bir neçə gün sonra səslənir. Lakin ABŞ Dövlət Departamenti Zimbabvedə vəziyyətin hər an dəyişə biləcəyindən ehtiyat edildiyini bildirir.
XS
SM
MD
LG