Accessibility links

Cenevrədə BMT-nin irqçilik konfransı açılıb


Bu gün Cenevrədə BMT-nin irqçilik konfransı açılıb. Konfransın ABŞ və onun əsas müttəfiqləri tərəfindən boykot edilməsi BMT-nin baş katibi Pan Gi Munun narazılığı ilə qarşılanıb. Tənqidçilər konfransın açılış günü İsrailin xəritədən silinməsinə çağıran İran prezidenti Mahmud Əhmədinejada söz verilməsinin bu tədbiri dəyərdən saldığını deyirlər.

Əhmıdinejadın çıxışı zamanı onlarla nümayəndə konfrans zalını tərk edib. Bəziləri İran prezidentinin sözünü kəsməyə cəhd etsə də, Əhmədejad gülümsəyərək, nitqini davam etdirib.

O deyib ki, Avropa, Amerika və dünyanın digər bölgələrindən miqratlar göndərilməklə, 1948-ci ildə yəhudilərin iztirablarına cavab olaraq, ən qəddar, repressiv və irqçi bir rejim olan Israil dövləti yaradılıb.

Prezident Əhmədinejad İraq və Əfqanıstanın Amerika tərəfindən işğalının kökləri nədir? - deyə, konfrans iştirakşılarına sualla müraciət edib. O, bunun arxasında silah istehsalçılarına dəstəyin, İsrailin müdafiəsinin və İraq neftinə çıxışın dayandığını deyib.

İran prezidenti BMT-nin Təhlükəsizlik Şurasının dünyaya nə edilməli olduğunu diktə etdiyini bildirmiş, Amerikanı qlobal iqtisadi böhrana görə günahlandırmışdır.

İranın dövlət başçısına konfrans zalında olan etirazçılar yumşaq bir şey atsalar da, ona dəyməyib. Onlar prezidenti utanmaz və irqci adlandırıb. Kloun geyimində olan etirazçılar tədbirdən kənarlaşdırılmışlar. Mahmud Əhmədinejadın çıxışını alqışlayanlar da olub.

Fransa konfransda iştirak edəcəyini, lakin İran prezidentinin bu tədbiri anti-semitizm hücumlarına platforma etdiyi təqdirdə konfransı tərk edəcəyini bildirimişdi. İsrail İsveçrə prezidentinin İran dövlət başçısı ilə görüşündən sonra o ölkədəki səfirini geri çağırıb.


XS
SM
MD
LG