Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı deyib ki, Şimali Koreya özünün nüvə obyektini bir neçə aydan sonra yenidən işə sala bilər. Pekində jurnalistlərlə danışan Məhəmməd Əl-Baradei əlavə edib ki, onun fikrincə, Şimali Koreyanın nüvə proqramını dayandırmasına yönəlmiş altı-tərəfli danışıqları da bərpa etmək mümkündür. Şimali Koreya altı-tərəfli danışıqları keçən həftə dayandıraraq, beynəlxalq müfəttişlərin ölkədən çıxarılmasını tələb etmiş və nüvə proqramına yenidən başlayacağına söz vermişdir. Bu addımlar BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyanın aprelin 5-də fəzaya raket buraxmasını təndiq etməsindən sonra atılmışdır. Əl-Baradei bu son inkişaflarla bağlı narahatlığını ifadə etmiş, lakin demişdir ki, o, ABŞ prezidenti Barak Obama administrasiyasının nümayiş etdiyi açıqlığın danışıqların bərpasına kömək edəcəyinə nikbinliklə baxır.