Accessibility links

Amnesty International Türkiyəni ‘ikili standartlarda’ ittiham edir


Amnesty International insan haqları qrupunun bildirdiyinə görə, Türkiyə sığınacaq üçün bu ölkəyə üz tutan insanların beynəlxalq müdafiəsini yaxşı təmin etmir.

Qrupun bu gün yaydığı hesabatda qeyd olunur ki, öz ölkələrində təqib olunan insanlar Türkiyə ərazisinə daxil olan dəqiqədən əngəllərlə üzləşirlər.

Belə ki, sığınacaq axtarışında olduqları halda, onlar Türkiydə yaşamaq, tibbi xidmət, iş və digər hüquqlar əldə edə bilmirlər.

Amnesty International bunu Ankaranın beynəlxaq səviyyədə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi kimi qiymətləndirir.

Hesabatda deyilir ki, ölkə sığınacaq istəyənlərə qaçqın statusu verməməklə “ikili standarlara” yol verir.

XS
SM
MD
LG