Accessibility links

Türkmənistanda enerji konfransı keçirilir


Türkmənistan paytaxtı Aşqabadda enerji konfransı keçirilir. Bu gün konfransda Türkmənistan prezidenti Kurbanqulu Berdımuxamedov öz çıxışında enerjinin diversifikasiyasına çağırıb. Röyters xəbər agentliyi ona istinadən xəbər verir ki, Türkmənistan Avropa yeni münasibətlər sistemi yaratmaq zərurətini duyur. Konfrans Rusiya ilə qaz kəmərində baş vermiş partlayışa görə mübahisədən bir neçə həftə sonra baş verir. Türkmənistan hadisəyə görə Rusiyanın Qazprom enerji şirkətini günahlandırıb. Mərkəzi Asiyanın ən böyük qaz ixracatçısı olan Türkmənistan hasil etdiyi qazın böyük hissəsini Qazproma satır. Türkmənistanın bildirdiyinə görə, partlayışa səbəb gözlənilmədən idxalın həcminin azaldılması nəticəsində təzyiqin artması olub. Rəsmi Moskva Aşqabad konfransında Baş nazirin müavini İqor Seçinlə təmsil olunub. Bir sıra Avropa ölkələrinin diplomatları və ABŞ Dövlət katibinin müavinin köməkçisi Corc Krol da konfransda iştirak edirlər.

XS
SM
MD
LG