Accessibility links

Saberinin vəkili appelyasiyaya müraciət edib


Tehranda casusluq ittihamı ilə 8 il həbs cəzasına məhkum olan İranlı Amerikalı jurnalistin atası Reza Saberi deyib ki, qızı hökmə qarşı etirazını bildirmək məqsədilə 5 gündür ki, aclıq elan edib və bunu həbsdən azad olanadək davam etdirəcəyini bildirib. 31 yaşlı İranlı Amerikalı jurnalist Roksana Saberi aprelin 18-də qapalı məhkəmədə casusluq ittihamları ilə məhkum edilib. Birləşmiş Ştatlar Dövlət Departaneti casusluq ittihamlarını əsassız adlandırıb. Xanım Saberinin vəkili Əbdülsəməd Xorramşahi bu gün xanım Saberinin işi üzrə appelyasiya məhkəməsinə müraciət edib. İran prezidenti Mahmud Əhmədinejad Saberinin işinə müdaxilə etməyəcəyini bildirib. Eyni zamanda o, Ədliyyə Nazirliyini appelyasiya prosesində müttəhimə özünü tam müdafiə etməyə icazə verməyə çağırıb.
XS
SM
MD
LG