Accessibility links

Taliban Svat Vadisinə geri dönür


Pakistanın şimal-qərbində rəsmilər deyir ki, paytaxtın 100 kilometrliyinədək irəliləyən bütün Taliban döyüşçüləri yenidən sığınacaqları olan Svat Vadisinə geri dönüblər. Yerli idarəçi Seyid Məhəmməd Cavidin sözlərinə görə, Taliban yaraqlıları bu gün Buner rayonunu tərk ediblər və ərazidə hökumət qüvvələri yerləşdirilib. Taliban sözçüsü Muslüm Xan dünən “Amerikanın Səsi”nə bildirib ki, Taliban yaraqlıları regionun bu hissəsində Şəriətə əsasən tətbiq olunan son sülhü təhlükə altına almamaq üçün Buneri tərk etmək qərarına gəlib.
XS
SM
MD
LG