Accessibility links

'Tamil Pələngləri' təktərəfli atəşkəs elan edib


Şri-Lankanın “Tamil Pələngləri” yaraqlıları humanitar yardım işçilərinin müharibə zonalarına kömək etməsinə şərait yaratmaq üçün bu gün təktərəfli atəşkəs elan edib. Şri-Lanka hökuməti bu təklifi dərhal rədd edib. Şri-Lanka müdafiə naziri yaraqlı qruplaşmanın bəyanatını qəbul etməyərək yaraqlıların hökumət qüvvələrindən qaçdığını bildirib. BMT sözçüsü Qordon Veis Amerikanın Səsinə bildirib ki, Şri-Lankadakı vəziyyət hazırda humanitar yardım baxımından bütün dünyada yaşanan ən ağır böhrandır. Təşkilatın alı humanitar yardım rəsmisi Con Holms Kolomboda Şri-Lanka rəsmiləri ilə görüşür.
XS
SM
MD
LG