Accessibility links

İstanbulda polislə yaraqlılar arasında atışma olub


Türkiyə rəsmilərinin dediyinə görə, İstanbulda polislə ifrat solçu yaraqlı qrup üzvləri arasında baş vermiş atışmada 7 polis işçisi yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, yaraqlılar polislərə onların yaşadığı binaya daxil olarkən bomba atıblar.

Atışma zamanı yaralananlar arasında iki televiziya operatoru da var.

Polisin məlumatına görə, atışmadan sonra gecə boyu 60-dan artıq ərazidə həyata keçirilən əməliyyatlar nəticəsində azı 10 şübhəli saxlanılıb.

Bu əməliyyatlar ötən həftə parlamentdə rəsmi bayram kimi elan olunan 1 may bayramı ərəfəsində həyata keçirilir.

XS
SM
MD
LG