Amnesty
International təşkilatı xəbər verir ki, İran azərbaycanlısı və Əhl-e Haq
qrupunun üzvü Yunis Ağayan “Allaha qarşı düşmənçilik” ittihamı ilə məhkum
olunduqdan sonra edam təhlükəsi ilə üzləşir.
O, hazırda Qərbi Azərbaycan vilayətində Urmiyə həbsxanasında
saxlanılır. Başqa birisi, Mehdi
Qasımzadə, eyni ittihamla məhkum edildikdən sonra Fevralın 28-də edam
olunmuşdu. Ehtiyat edilir ki, Yunis Ağayan
da eyni aqibətlə üzləşə bilər.