Accessibility links

Azərbaycan Neft Akademiyasındakı hadisə ilə bağlı bir şəxs həbs edilib


Azərbaycandan alınan xəbərdə bildirilir ki, dünən Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında 12 nəfəri qətlə yetirəndən sonra özünü öldürən şəxsin keçmiş qonşusu Nadir Əliyev polis tərəfidən saxlanılıb. Nadir Əliyevin hadisə ilə əlaqəsi olduğu deyilsə də əlaqənin nədən ibarət olduğu açıqlanmayıb. Rəsmilər Nadir Əliyevin Gürcüstan vətəndaşı və qatil Fərda Qədirovla eyni regiondan olduğunu deyirlər.

Bu gün yüzlərlə insanın qurbanları yad edərək hadisənin baş verdiyi universitet binası qarşısına gül gətirdiyi bildirilir. Rəsmilər universitet binasına daxil olan Qədirovun binanın beşinci mərtəbəsinədək qalxaraq qarşına çıxanı güllələdiyini, sonra isə güllə ilə özünü vurduğunu deyirlər. Hadisə zamanı beşı ağır vəziyyətdə olmaqla, 13 nəfərin yaralandığı deyilir. Azərbaycan prezidenti İlham Əliyev qurbanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

XS
SM
MD
LG