Accessibility links

Əfqanıstanda 12 mülki vətəndaş həlak olub


Əfqan rəsmiləri bildirirlər ki, Zabul vilayətində yol kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində 12 mülki vətəndaş həlak olub. Taliban yaraqlılarının Zabul vilayətinin digər bölgəsində təhlükəsizlik qüvvələrinə hücumları nəticəsində isə 6 əsgər həlak olub. Rəsmilər həmçinin bildirirlər ki, bu gün səhər intiharçı hücumu nəticəsində Lagham vilayətinin meri, onun 3 cangüdəni və 3 mülki vətəndaş həlak olub. Bu arada prezident Həmid Karzay vəzifəsinə yenidən seçilmək üçün rəsmən öz namizədliyini qeydiyyatdan keçirib. Taliban yaraqlılarının fəallaşması və hökumətdə korrupsiyanın geniş yayılması cənab Karzayın daxildə və xaricdə nüfuzuna mənfi təsir göstərib. Buna baxmayaraq ona ciddi rəqib hələlik yoxdur.
XS
SM
MD
LG