Accessibility links

Gürcüstan müxalifəti sabah Tbilisidə əsas yolları bağlamağa hazırlaşır


Gürcüstanda bir aya yaxındır ki, prezident Mixail Saakaşvilinin istefası tələbilə etiraz aksiyaları keçirən müxalifət fəalları ölkə paytaxtının əsas magistral yollarını bağlamaq planlarını elan ediblər.

Müxalifət liderlərinin dediyinə görə, onlar sabah gündüz Tbilisidə 3 əsas marşrutu bir saatlıq bağlayacaqlar.

Bu addım cümə günü keçirilmiş aksiyadan prezidentə edilən xəbərdarlıqdan irəli gəlir.

Etirazçılar cümə günkü aksiyada prezidentə 72 saat ərzində
dialoqlara başlamaq ultimatum göndərmişdilər.

Əks halda, onlar Tbilisidə nəqliyyatın işini iflic edəcəkləri ilə hədələmişdilər.

Gürcüstan müxalifəti prezident Saakaşvilini ölkəyə monarxiya gətirməkdə və ötən il Rusiya ilə müharibəyə başlamaqda günahlandırır.

XS
SM
MD
LG