İsrail prezidenti Şimon Peres bu gün ABŞ prezidenti Barak Obama ilə görüşüb, fələstinlilərlə sülh prosesi və İranla bağlı müzakirələr keçirir. Dünən Amerika-İsrail İctimai Əlaqələr Komitəsində danışan Şimon Peres Fələstin dövlətinin yaradılması məsələsinə toxunmamışdı. İranla bağlı prezident deyib ki, İranın nüvə fəaliyyətləri İsraillə yanaşı, ABŞ, Avropa və ərəb dünyasına birbaşa hədədir.
Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərlə sülh prosesinə yeni tərzlə yanaşılmalı olduğunu deyib. Qüdsdən peyk bağlantısı vasitəsi ilə Vaşinqton yığıncağında iştirak edən baş nazir yeni yanaşma tərzinin üç-siyasi, istisadi və təhlükəsizlik nəzərə alınaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.