Accessibility links

Sergey Lavrov NATO görüşündən imtina etdi


Rusiya xarici işlər naziri Serqey Lavrov bu ayın sonuna planlaşdırılmış Rusiya-NATO görüşlərinə qatılmayacaq. Rusiya xəbər agentliyi deyir ki, Lavrovun bu qərarı mayın 19-da keçirilməli olan sessiyanı təxirə salıb. Bu hadisə keçən həftə NATO-nun iki rus diplomatı aylansdan çıxarmasından sonra baş verir. 19 may toplantısı Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO ilə Kreml arasında nazirlər səviyyəsində ilk görüş olmalı idi. NATO Brüssel baş qərargahında rəsmi fəaliyyət göstərən iki rus diplomatının burada işləmək səlahiyyətlərini ləğv edib.NATO-nun qərarı bir eston rəsmisinin iştirak etdiyi və 12 il həbsə məhkum olunduğu casusluq qalmaqalıyla bağlıdır.
XS
SM
MD
LG