Accessibility links

Roksana Saberi aclıq aksiyasını dayandırıb


İranda həbs edilmiş iranlı amerikalı jurnalist Roksana Saberinin atası onun iki həftədən sonra aclıq aksiyasını dayandırdığını bildirib.Saberi keçən ay casusluq ittihamları ilə səkkiz il azadlıqdan məhrum edilib.Onun atası Rza Saberi bu gün bildirib ki, qızı aclığı bazar ertəsi günü dayandırıb.Lakin İranın Ədliyyə nazirliyi Saberinin aclıq etdiyini rədd edərək onun sağlıq durumunun yaxşı olduğunu bəyan edib.Ədliyyə nazirliyinin sözçüsünün bildirdiyinə görə, Saberinin apelyasiya məhkəməsində işinə gələn həftə baxılacaq.

XS
SM
MD
LG