Accessibility links

Farah vilayətində mülki vətəndaşların ölümü təsdiqləndi


ABŞ ordusu və Əfqanıstan hökuməti bu həftənin əvvəli Birləşmiş Ştatların hava hücumları nəticəsində çoxsaylı mülki vətəndaşın həlak olmasını təsdiq edib. Birgə açıqlanan bəyanatda deyilir ki, Amerika və əfqan müstəntiqlərindən ibarət təhqiqat heyəti Garah vilayətində neçə nəfərin həlak olması haqda bir söz deməyib. Heyətin bildirdiyinə görə, ölənlərdən kimin mülki vətəndaş, kiminsə Taliban yaraqlısı olduğunu müəyyən etmək mümkün olmayıb, çünki həlak olanların hamısı müstəntiqlər hadisə yerinə çatan zaman artıq dəfn olunub. Yerli rəsmilər Gəncəbad və Qrani kəndlərində 147 cəsəd müəyyən etdiklərini deyirlər ki, onların da çoxu mülki vətəndaşlardır. ABŞ müdafiə rəsmiləri isə bunu təkzib edərək Bala Buluk rayonunda 50 nəfərin öldüyünü və onların çoxunun yaraqlı olduğunu bildirir.

XS
SM
MD
LG