Accessibility links

Barak Obama  Korrespondentlər Assosiasiyası üçün təşkil edilən şam yeməyində iştirak edib


ABŞ prezidenti Barak Obama Ağ Evdə illik Korrespondentlər Assosiasiyası üçün təşkil edilən şam yeməyində iştirak edib. Prezident özünün telesuflyordan asılılığı barədə zarafat edib. O deyib ki, telesuflyorla işlətməməyi öyrənməli, Co Bayden isə işləməyi öyrənməlidir.

Barak Obamanın ilk dəfə prezident kimi qatıldığı tədbirdə siyasi liderlərlə yanaşı incəsənət ustaları da iştirak edib. Qonaqlar arasında kino-rejissor Steven Spilberq, sabiq dövlət katibi Madelin Olbrayt, maliyyə naziri Timoti Qaytner, aktyorlar-ForestVayteker və Glenn Klous, habelə Stiv Uonder olub.

XS
SM
MD
LG