Accessibility links

Əndican hadisələrindən 4 il keçir


Mayın 13-də Özbəkistanda etirazçılara qarşı zorakılıqlardan 4 il keçir. Əndicanda özbək hüquq-mühafizə orqanlarının nümayişçilərə atəş açması nəticəsində yüzlərlə insan həlak olmuşdu. Moskvada kiçik bir qrup nümayişçi faciənin anılması üçün Özbəkistan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar dünya içtimaiyyətindən Əndican qətliamının araşdırılmasını tələb edir.

Moskvadakı Özbəkistan səfirliyinin qarşısındakı nümayişdə iştirak edənlərin sayı polis və jurnalistlərin sayından az idi. Rusiyada “Memorial” insan haqları təşkilatının üzvü Darya Sobolova Amerikanın səsi radiosuna deyib ki, Əndican etiraz aksiyasında iştirak edənlərin sayı ildən ilə azalır. Onun sözlərinə görə, bunun səbəbi hadisənin unudulması deyil, insanların repressiyadan qorxmasıdır: “Rusiyada etiraz edən fəalların qohumları Özbəkistanda təqib olunur. Əgər fəal Rusiya vətəndaşı deyilsə, o, Özbəkistana göndərilə bilər və orada isə həmin şəxslər ya həbs edilir ya da yoxa çıxır”.

Moskvadakı Mərkəzi Asiya Siyasi Mühacirlər Assosiasiyasının rəhbəri, aksiyanın təşkilatçısı Bəhram Xamrayev deyir ki, bu aksiya Özbəkistanda ciddi insan haqları pozuntularına etirazdır. Onun sözlərinə görə, buraya müxalif fəallarına işgəncə verilməsi, onların həbsi və sürgün edilməsi daxildir. Xamrayev ABŞ, Rusiya və Avropa Birliyini Əndican hadisəsinin tam araşdırılmasına çağırır: “Son 4 ildə nə Avropa Birliyi, nə ABŞ, nə də Rusiya Əndican hadisələrinin ədalətli araşdırılmasına və buna düzgün qiymət verilməsinə nail ola bilib. Bu isə Özbəskitan prezidenti İslam Kərimova öz xalqına qarşı repressiv siyasətini davam etdirməyə imkan verir”.

Özbəkistan rəsmilərinin açıqlamasına görə, 2005-ci ildə hökumət əleyhinə aksiyaları zamanı 187 nəfər həlak olub. Hadisə Əndicanda silahlıların məhkəmə prosesini gözləyən bir qrup məhbusu azad etməsindən sonra baş vermişdi. Bəziləri ölənlərin sayının göstəriləndən çox olduğunu bildirir. Özbəkistan hökumətinin bildirdiyinə görə, öldürülənlərin çoxu ya terrorçu, ya da terrorçuların qurbanı olub. Beynəlxalq insan haqları qrupu isə ölənlərin çoxunun hökumət qüvvələrinin fərq qoymadan atəş açıb öldürdüyü şəxslərdir. Özbəkistan Qərbin Əndican hadisələri ilə bağlı müstəqil araşdırma aparılması çağırışlarını rədd edir.
XS
SM
MD
LG