Accessibility links

Rusiya yeni Təhlükəsizlik Strategiyasını açıqladı


Rusiya hesab edir ki, NATO-nun genişlənməsi və enerji resursları uğrunda rəqabət onun gələcək təhlükəsizliyinə əsas hədədir.

Kreml bu gün ölkənin yeni Təhlükəsizlik Strategiyasını təqdim edib.

Sənəd 2020-ci ilədək prioritetlərin ümumi konturlarını əks etdirir.

Strategiya prezident Dmitri Medvedev tərəfindən imzalanıb.

Sənəddə qeyd olunur ki, Rusiya özünün hərbi qüvvələrindən enerji rəqabəti zəminində meydana çıxan problemləri həll etmək üçün istifadə edə bilməyəcək.

Strategiyada o da vurğulanır ki, Moskva ABŞ-la bərabər və tamhüquqlu strateji müttəfiqlik qurmağa umid edir, ancaq Vaşinqtonun Avropada müdafiə sipəri quraşdırmaq planları bunu əngəlləyir.

XS
SM
MD
LG