Accessibility links

Bakıda bina uçdu


Bu gün axşam saatlarında Bakıda Üzeyir Hacıbəyov 6 ünvanında yerləşən bina uçub. Qəza nəticəsində 4 mərtəbəli binanın bir qismi uçub. Dağıntıya binanın daxili konstruksiyalarının zədələnməsinin səbəb olduğu bildirilir. Hazırda bu binanın tamamilə uçma təhlükəsi var. Şahidlərin bildirdiyinə görə, hadisə təxminən Bakı vaxtı ilə saat 19.30-da baş verib və uçma nəticəsində ölən və ya yaralanan olmayıb. Şəhərin mərkəzindəki binanın dörd-beş ildir belə qəzalı vəziyyətdə olduğu bildirilir. Ərazi hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının nəzarətindədir.
XS
SM
MD
LG