Accessibility links

ABŞ prezidenti Arizona Dövlət Universitetinin buraxılış tədbirində çıxış edib


ABŞ prezidenti Barak Obama deyib ki, bu il təhsilini başa vuran nəsil olduğundan artıq görünmə və qısamüddətli nailiyyətləri uzunmüddətli uğurdan üstün tutulması dövrünə son qoymalıdır. Arizona Dövlət Universitetinin buraxılış mərasimində president Obama məzunlara deyib ki, Amerika ictimaiyyəti "titul və status" arxasınca qaçmaqla məşğul olub. Barak Obama qısamüddətli gəlirlərdən imtiyazlar əldə edən Wall Street bankirlərinə işarə edib. ABŞ dövlət başçısı deyib ki, Amerika hərbi və iqtisadi statusu ilə fəxr edərək özünü superqüdrət hesab edir. Unudaraq ki, bu status gərgin iş, innovasiyalar, sülh və firavanlıq naminə digər ölkələrlə əməkdaşlıqla əldə edilib. Prezidentin bu universitetdə olması mübahisələrə yol açıb. Belə ki, Arizona Dövlət Universiteti həyatında kifayət qədər nailiyyət əldə etmədiyini deyərək, Barak Obamaya fəxri dərəcə verməkdən imtina edib.

XS
SM
MD
LG