Accessibility links

Ermənistanda kimyəvi zavodda partlayış olub: 4 nəfər ölüb


Ötən gün Yerenavda sintetik kauçuk zavodunda baş vermiş partlayış zamanı həlak olanların sayı bu gün 4-ə çatıb.

Dünən partlayış nəticəsində 3 nəfərin cəsədi tapılmışdı.

Rəsmilər Nairit zavodunda baş vermiş yanğının qarşısının alınması zamanı 17 yanğınsöndürənin xəsarət aldığını bildirlər.

Ərazidəki sakinlər hadisədən sonra havaya zəhərli qaz hopduğunu desələr də, rəsmilər bunu inkar edir və ətraf mühitə heç bir təhlükə olmadığını bildirirlər.

Partlayışın səbəbi hələ məlum deyil.

XS
SM
MD
LG