Accessibility links

Rusiyanın nümayəndə heyəti Cenevrə danışıqlarında iştirak etmir


Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında gərginliyi azaltmaq məqsədilə Cenevrədə təşkil edilən danışıqları Rusiya nümayəndə heyyətinin tərk etdiyi bildirilir. Rusiya nümayəndə heyyəti deyib ki, Cənubi Osetiya ilə bir yerdə Abxaziya da iştirak etmədiyi təqdirdə danışıqlara qayıtmayacaq. Regionda təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq məqsədilə bu gün və sabah keçirilməsi nəzərdə tutulmuş danışıqlar BMT, Avropa Birliyi və ATƏT tərəfindən təşkil edilib. Abxaziya rəhbərliyi şənbə günü bildirmişdi ki, BMT-nin sənədlərində Abxaziyanın Gürcüstanın bir hissəsi olduğu göstərildiyi müddətdə danışıqlarda iştirak etməyəcək.

XS
SM
MD
LG