Accessibility links

Türkiyədə hökumətlə dünyəviçilər arasında mübarizə davam edir


"Türkiyə Hər zaman Dünyəvi olacaq" –bu şüarla 10 minlərlə insan bazar ertəsi döş xərçəngindən vəfat edən professor Turkan Saylanın dəfnindən sonra nümayiş keçirib. 74 yaşlı insan haqları fəalı Türkiyədə dünyəvi dövlətçilik prinsiplərini bir çox yollarla özündə əks etdirirdi.

Türkiyə Respublikasının ilk illərində İstanbulda dünyaya göz açan Saylan cüzam xəstəliyilə mübarizə işində dünya miqyasında tanınan bir mütəxəssis, Türkiyədə xəstəliklə mübarizənin ön cəbhəsində olub. O, qızların təhsili üçün dayanmadan kampaniyaya başlayır. Çoxu yoxsul ailələrdən olan bu qızlar onun təsis etdiyi Müvəqqəti Həyat Assosiasiyası yolu ilə təhsil alaraq, Saylanı minlərlə insanın ürəyində yeri olan əziz bir insane çevirmişdi.
Ölümündən cəmi bir həftə əvvəl polis Saylanın evində, Assosiasiyanın bütün ölkədəki ofislərində axtarış aparıb, cəmiyyətin bir neçə rəhbər üzvləri həbs etmişdi. Polis habelə qrupa məxsus yazıları və kompüterləri müsadirə edib.

Polisin reydləri İslam təmayüllü hökumətə qarşı hərəkatın davam edən istintaqının bir hissəsi olub. Ancaq journalistlər və alimlər də daxil olmaqla, hökuməti tənqid edən 200-ə yaxın adamın həbsi rəsmilərə qarşı açıq tənqidçilərin artmasına gətirib çıxarıb. Dünyəviçi fəal iddia edirdi ki, çevriliş hökumətin müxalif qüvvələri susdurmaq səyidir.

Dünən dəfn mərasimi zamanı minlərlə insan "Biz Susmayacağıq" şüarları səsləndirib. Ölkənin məşhur intelektuallarının çoxu mərasimə qatılıb. Yazıçı Pınar Kür onlardan biridir: "Hazırlanması gözlənilən hərbi çevrilişlə onun heç bir bağlılığı olmayıb. O, anti-militarist bir insan idi. Evində, ofislərində axtarışın səbəbi o idi ki, o, qızları məktəbə göndərirdi. Dini əsaslar isə qadının evdə oturmasına üstünlük verir".

Hökumət belə ittihamları rədd edir. Ancaq köşə yazarı və politoloq Nuray Mert deyir ki, Saylanın evində axtarış bir çox dünyəviçi arasında gərginliyə səbəb olub:"Gündən günə daha çox insan Türkiyədə özünü azlığın üzvü hesab edir və bu azlıqlar hər an hər şeylə qarşılaşa bilərlər. İndi dünyəvi dünşüncəli insanların çoxu fikirləşməyə başlayıb ki, hətta bir gün həbslərini başa vurandan sonra da onlar hər bir hadisə ilə qarşılaşa bilər. Düz olub olmamasında asılı olmayaraq bu, insanların düşüncəsidir".

Saylanın təşkilatının araşdırılması davam etdiyi bir vaxt dünyəviçilərlə islam təmayüllü hökumət arasında mübarizə davam edir.

Ankara məhkəməsi bazar ertəsi günü Türkiyə prezidenti Abdulla Gülün milyonlarla dolları mənimsəməsi iddiası ilə məhkəmə qarşısına çıxmasını tələb edib. Hadisə 1990-cı illərdə cənab Gül Konstitusiya məhkəməsi tərəfindən bağlanan İslamçı "Rifah" partiyasının ali üzvü olan zaman baş verib.

Cənab Gül bu qərarı ittiham edərək deyib ki, prezident yalnız xəyanətdə ittiham oluna bilər.

Ekspertlər arasında bu məsələ ilə bağlı fikir ayrılığı qalmaqdadır. Bununla yanaşı Türkiyədəki siyasi müşahidəçilər deyir ki, prezidentin məhkəmə qarşısına çıxması ehtimal olunmur.

XS
SM
MD
LG