Accessibility links

ABŞ-ın vitse prezidenti minlərlə alban tərəfindən sevinclə qarşılanıb


Bu gün Kosovonun paytaxtı Priştinada minlərlə etnik alban əllərində bayraqlar Birləşmiş Ştatların vitse prezidenti Co Baydeni qarşılamışlar. Məktəb şagirdləri hava limanına gedən yol boyu düzülmüş, şəhərdə isə Birləşmiş Ştatların 2008-ci ildə Kosovonun müstəqilliyini tanımasını elan edən şüarlar və cənab Baydenin şəkilləri asılmışdı. Kosovoda çoxluq təşkil edən albanlar eləcə də, Vaşinqtona 1999-cu ildə Kosovoda müharibəyə son qoyulmasında roluna görə minnətdardırlar. O zaman Birləşmiş Ştatlar Kosovoda zorakılıqlara son qoyulması üçün NATO qüvvələrinin Serbiyaya qarşı bomba hücumları həyata keçirməsi kampaniyalarını təşkil etmişdi. Cənab Bayden Kosovoya bir günlük səfəri zamanı president Fatmir Sejdui və baş nazir Haşim Taci ilə görüşmüşdür.

XS
SM
MD
LG