Accessibility links

Dünya ölkələri Pakistana yardım edəcəklərinə söz verdilər


Dünyanın bir neçə ölkəsi Pakistan ordusunun Svat vadisində Taliban yaraqlılarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı evlərindən didərgin düşən insanlar üçün cəmi 224 milyon dollar məbləğində yardım ayıracaqlarına söz verib. Bu gün Beynəlxalq Donorlar Konfransında çıxış edən Pakistanın baş naziri Yusuf Raza Gilani terrorizmlə mübarizədə qələbə əldə etmək üçün belə bir yardıma böyük ehtiyac olduğunu deyib. Bu həftənin əvvəlində Birləşmiş Ştatlar da Pakistana 110 milyon dollar yardım verəcəyini bildirilmişdi. Pakistan hökuməti isə böhranın aradan qaldırılması üçün 500 milyonla 600 milyon dollararasında yardıma ehtiyac olduğunu deyir.

XS
SM
MD
LG