Accessibility links

Somali ordusu İslamçı yaraqlıları paytaxtdan çıxarmağa çalışır


Somalinin paytaxtı Moqadişudan alınan məlumatda deyilir ki, hökumət qüvvələri İslamçı üsyançıları şəhərdən çıxarmağa cəhd göstərərkən baş verən qarşıdurmalar zamanı azı 15 adam ölüb. Qeyri-rəsmi məlumatlara əsasən isə ölənlərin sayının daha çox olduğu bildirilir. Döyüşlər zamanı yerli radio stansiyasınınınmüxbiri və bir neçə mülki vətəndaş qətlə yetirilib. Ordu sözçüsü Fərhan Mehdi isə Amerikanın Səsinə müsahibəsində deyib ki, hökumət qüvvələri üsyançıları paytaxtın yaşayış bölgələrindən çıxardıb. O, hərbi qüvvələrin şəhərin bir neçə hissəsində yerləşdirildiyini bildirib. Üsyançılar isə öldürülənlər barədə məlumatı təkzib edib.

XS
SM
MD
LG