Accessibility links

ABŞ prezidenti Ali Məhkəməyə kimi nominasiya edəcəyinə bu həftə sonu qərar verməlidir


ABŞ prezidenti Barak Obama yaxın günlərdə Ali Məhkəməyə kimi hakim təyin etdiyini bəyan edəcəyini bildirib. Prezident bu vəzifəyə intellektual qabiliyyəti yüksək olan bir şəxsin təyin ediləcəyini deyib.

ABŞ dövlət başçısı ailəsi ilə bərabər Xatirə günü bayramı tətilini paytaxt Vaşiqnton yaxınlığındakı Kemp Deyvid iqamətgahında keçirir. Lakin buna baxmayaraq president Ali Məhkəmənin təqaüdə çıxan bir üzvünün yerinə kimi nominasiya edəcəyinə bu həftə sonu qərar verməlidir. Prezidentin seçimi hazırda Vaşinqtonda yaxından izlənilən bir məsələdir.



XS
SM
MD
LG