Accessibility links

Pakistan qüvvələri Svat vadisində Taliban yaraqlıları ilə döyüşlər aparır


Pakistanın təhlükəsizlik qüvvələri Svat vadisinin mərkəzi Mingora şəhərində Taliban yaraqlıları ilə döyüşlər aparır. Pakistan ordusunun general- mayoru Atar Abbas şəhərin bəzi hissəslərinin terrorçulardan təmizləndiyini bildirib. Döyüşlər zamanı yüksək rütbəli bir Taliban komandiri daxil olmaqla, 17 yaraqlı öldürülüb. Lakin general mayor Abbas Talibanın mülki əhalidən qalxan kimi istifadə edəcəyindən ehtiyat edilərək, əməliyyatın olduqca yavaş həyata keçirildiyini deyib. Şəhərin minlərlə sakini döyüşlərə görə evinləri tərk edib.

BMT iki milyona yaxın insanın evindən didərgin düşdüyünü bildirir. Pakistan ordusu döyüşlər başlanandan bəri mindən çox yaraqlının öldürüldüyünü bildirir. Lakin müstəqil mənbələr bu xəbəri təsdiq etməyib. BMT qaçqınlara yardım məqsədilə 454 milyon dollarlıq vəsait ücün beynəlxalq ictimaiyyətə müraciət edib.

Pakisranın hərbi qüvvələri Talibanın hökumətlə əldə etdiyi atəşkəs razılığını pozaraq paytaxt İslamabadın 100- kilometrliyinə qədər irəliləməsindən sonra bu əməliyyata başlayıb.

XS
SM
MD
LG