Monqolustanda bü gün prezidenti seçkiləri keçirilir. Sovet İttifaqının sabiq satellit ölkəsində
prezidentlik uğrunda qızğın mübarizənin gedəcəyi gözlənilirdi. Bu gün seçki
məntəqələrinin bağlanmasından sonra keçən il keçirilən parlament seçkilərindən
fərq olaraq ölkədə sakitlik yaşanır. Keçən
iyul ayında paytaxt Ulan-Batorda zorakılıqlar nəticəsində 5 nəfər dünyasını
dəyişmişdi. Bugünkü seçkiləri isə təxminən 50 beynəlxalq müşahidəçi izləyib.
300-dən çox seçki məntəqəsində video-kameralar quraşdırılıb. Seçkiöncəsi
sorğuların nəticələri seçkilərdə gərgin mübarizənin gedəcəyini göstərirdi. Belə
ki, başlıca mübarizə hakim Monqol Xalq İnqilab partiyasının namizədi,
hakimiyyətdə olan Nambarın Enkbayarla müxalif Demorkat partiyasının namizədi,
sabiq baş nazir Tsaxia Elbeqdorc arasında gedir.