Accessibility links

'İranda yaşayan azərbaycanlılar ana dilinin tədris olunması çağırışlarını davam etdirir'


Bu gün Amnesti İnternational təşkilatı dünyada İnsan haqlarının vəziyyətinə dair hesabat açıqlayıb. Hesabatın İranla bağlı hissəsində deyilir ki, bu ölkədə yaşayan azərbaycanlı fəallar məktəb və universitetlərdə azərbaycan dilinin tədris olunması çağırışlarını davam etdirirlər. Hesabata əsasən fevral ayında Beynəlxalq Ana Dili günündə keçirilən nümayişlərlə bağlı onlarla fəal həbs edilib. “Milli Təhlükəsizliyə hədə yaratmaq” ittihamı ilə nəzarət altına alının 4 fəal təcridxanada saxlanılıb. Ərdəbil Məhkəməsi Əsgər Əkbərzadəni qeyri-qanuni siyasi partiya yaratmaqda, pan-türkist sənədlər hazırlamaqda və azərbaycan mədəniyyəti ilə bağlı toplaşmada iştirakda ittiham edərək 5 il azadlıqdan məhrum edib.
XS
SM
MD
LG