Accessibility links

İranda Əhmədinejadın yerli seçki kampaniyası ofisinə hücum olub


İran mediasının bildirdiyinə görə prezident Mahmud Əhmədinejadın seçki kampaniyası ofisi silahlı şəxslər tərəfindən atəşə tutulub və nəticədə üç nəfər yaralanıb. İRNA xəbər agentliyi deyir ki, hadisə cümə günü, Pakistan sərhədi yaxınlığındakı Zahedan şəhərində baş verib.
Əhmədinejadın kampaniyasının təmsilçisi Məhəmməd Zahed Şeyxi İRNA-ya deyib ki, üç nəfər şəxs atəş açmazdan əvvəl insanları hədələyiblər. Onun sözlərinə görə hücum nəticəsində iki kampaniya işçisi və bir uşaq yaralanıb. O, həmçinin bildirib ki, üç nəfər şübhəli saxlanılıb. İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək. Cənab Əhmədinejad ikinci dəfə prezident seçilmək üçün 3 namizədlə mübarizə aparır. Dünən də Zahedanda şiə məscidinə intiharçı hücum nəticəsində 19 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG