Accessibility links

Mir Hüseyn Musəvi İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcəyini deyib


İran prezidentliyinə namizəd, sabiq baş nazir Mir Hüseyn Musəvi bu gün deyib ki, prezident Mahmud Əhmədinejaddan fərqli olaraq o, beynəlxalq ictimaiyyətlə İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə hazırdır. Cənab Musəvi prezident seçildiyi təqdirdə İranın nüvə fəaliyyətlri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının üzvləri - Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın da daxil olduğu altı dövlətin iştirak etdiyi qrupla müzakirələr aparmağa razı olacağını bildirib. Prezident Mahmud Əhmədinejad bu yaxınlarda altıtərəfli danışıqlarda iştirak etməkdən imtina etdi.

Prezident Əhmədinejadın dediyi kimi, cənab Musəvi də İranın nüvə proqramını dinc sahələrdə istifadə etməklə, davam edəcəyini deyir. Lakin cənab Musəvi deyir ki, İran beynəlxalq ictimayiyyəti nüvə proqramının nüvə silahı istehsali üçün davam etdirilməyəcəyinə əmin etməlidir. Mir Hüseyn Musəvi onu da əlavə edib ki, o, Birləşmiş Ştatlarla qadağa qoyulan danışıqları da bərpa edəcək. Lakin cənab Musəvi Vaşinqtonu İrana qarşı siyasətini dəyişməyə çağırıb və deyib ki, onun ölkəsinə tətbiq edilən iqtisadi sanksiyaların ləğvi müsbət addım olardı.

XS
SM
MD
LG