Accessibility links

Los Angeles Times: ‘Azərbaycan Yaxın Şərq münaqişəsində yeni cəbhədir’



ABŞ-da dərc olunan nüfuzlu Los Angeles Tayms qəzeti bu gün Azərbaycan haqqında geniş məqalə ilə çıxış edib. Qəzet Azərbaycanın Yaxın Şərq münaqişəsində yeni cəbhəyə çevrildiyini yazır.

Məqalə müəllifini belə bir qənaətə gəlməyə bu həftə Bakıda başlamış bir səs-küylü məhkəmə işi sövq edib.

Söhbət bir qrup Livan və Azərbaycan vətəndaşı üzərində bu həftə Bakıda başlayan məhkəmə prosesindən gedir.

Bu şəxslər ötən il İsrail və ABŞ səfirlikləri daxil olmaqla, bir neçə obyekti bombalamaq cəhdində ittiham olunurlar.

Los Angeles Times-in şərhçisi Sebastyan Rotella Parisdən yazır ki, bu hadisə Qərbin bir sıra antiterror ekspertlərini Qafqazda yeni silahlı ekstremizm ocağının yaranmasından ehtiyatlanmağa məcbur edib.

Müəllif hadisənini təfərrüatını nəql edərək xatırladır ki, ittiham olunanlar Livanda şiə müsəlmanlarının əfsanəvi rəhbəri İmad Muqniyanın qətlinə görə qisas almaq istəyiblər. Onun qətlində İran və Hezbollah İsraili günahlandırıb.

2 Livan vətəndaşı və 4 azərbaycanlıdan ibarət dəstə üzvləri həbs olunarkən onların avtomobilində teraktı həyata keçirmək üçün istifadə olunan ləvazimatlar, o cümlədən partlayıcı, binokllar, kameralar, səsboğucusu olan tapançalar və müxtəlif cihazlar aşkarlanıb.

“Bu işin istintaqı kifayət qədər qapalı keçirilsə də, İsraillə İran və Hezbollah arasında ölümcül duelin Latın Amerikasından Mərkəzi Asiyaya kimi digər regionlara yayılması artıq göz qabağındadır” – deyə Los Angeles Times vurğulayır.

Təhlükəsizlik səbəbindən adını məxfi saxlayan bir İsrail casusu qəzetə deyib ki, Hezbollah artıq dünyanın bir çox yerində əməliyyata hazır şəbəkələr qurmaqdadır və dünyanın hər yerində bu sahədə çox ciddi iş aparır.

Hezbollanın özü daim Livandan kənarda hər hansı əməliyyat keçirdiyini inkar edir. İran da belə işlərdə əlinin olduğunu hər zaman boynundan atır. Ancaq müəllif xatırladır ki, bu ölkələrin hər ikisi arasında ötən ilin fevral ayında qətlə yetirilmiş İmad Muqniyanın intiqamını almaq uğrunda bir sövdələşmə var.

Muqniya dünya üzrə axtarışda olan terror şübhəlisidir və uzun müddətdir ki, Tehranla Beyrut arasında rabitəni təmin ed’rdi. Avropa, İsrail və ABŞ rəsmiləri deyirlər ki, onun ölümü İran kəşfiyyatı ilə «Hizbullah»ın xaricdə komanda şəklində fəaliyyətinə rəvac verib.

Hezbollah üzrə ən tanınmış ekspertlərdən biri, İsveç Milli Müdafiə Kollejinin əməkdaşı Maqnus Ranstorp yada salır ki, 1992-ci ildə Buenos Ayresdə İsrail səfirlyi də Livanda buna bənzər bir qətldən bir ay sonra partladılmışdı.

Elə 1992-ci ildə Argentinada İsrail səfirliyinin bombalanması, 2 il sonra isə yəhudi icma mərkəzinə olan hücumlar da bu qəbildəndir. Həmin teraktlar zamanı 114 nəfər həlak olmuşdu.

Amerika maliyyə nazirliyinin sabiq kəşfiyyat rəisi Mətyu Levit Los Angeles Timesə deyib ki, ötənilki hücum üçün Bakının seçilməsi burada İranın təsirinin böyük olmasından xəbər verir.

Hazırda Vaşinqtondakı Yaxın Şərq institututunda çalışan Levit qəzetə açıqlamasında əlavə edib ki, «İranlıların burada mövcudluğunun uzun tarixi var».

O deyir ki, Azərbaycan qərbpərəst bir dövlət olduğundan, silahlı dini təşkilatlar bu ölkəyə də zərbə endirməkdən çəkinməzlər.

Qəzet habelə yazır ki, 8 milyonluq mötədil müsəlman ölkəsi olan Azərbaycan çox həssas bir vəziyyətdədir.

Bir tərəfdən sərhəd qonşusu İranla güclü diplomatik və kommersiya əlaqələinə malikdir, üstəlik İranın dini lideri Ayətulla Xameneyi də daxil olmaqla bu ölkə əhalisinin 4-də biri azərbaycan əsillidirilər.

Digər tərəfədən isə Bakı İsrail və Qərblə yaxşı münasibətlərə malikdir, habelə Avropaya enereji nəqlinə öz dəstəyini davam etdirir.

Bununla belə, qəzet son illərdə Azərbaycanın İranın təhlükəsizlik qüvvələri ilə bağlı bir sıra qalmaqallı məhkəmə işlərinin də olduğunu yada salır.

Məsələn, 2006-cıə ildə İran təhlükəsizlik qüvvələrinin diktəsi ilə İssrail və Qərbə qarşı zorakılıq planlaşdırmaqda günahlandırılan 15 azərbaycanlı Bakıda ələ keçmişdi.

Qərbin anti-terror rəsmiləri deyir ki, bu əməliyyatdan sonra başlanan müşahidələr keçən ilki hücum planını ifşa etməyə yardımçı oldu. 2008-ci ilin əvvəlində təhlükəsizlik qüvvələri yerli yaraqlılarla iki «Hizbullah» əməliyyatçısının əlaqəsini aşkara çıxarıb.

Mühakimə olunan iki livanlıdan biri Əli Karakidir. Terrorla mübarizə rəsmiləri onu «Hizbullah»ın xarici əməliyyatlar bölümünün veteranı adlandırırlar. Digər livanlı müttəhim Əli Nacim Ələdinin isə aşağı rütbəli partlayıcılar üzrə ekspert olduğu deyilir.

İstintaq üzə çıxarıb ki, qrup Bakıdakı İsrail səfirliyi ətrafında üç-dörd bomba qoyulmuş maşın yerləşdirmək və onları eyni vaxtda partlatmaq niyyətindəymiş.

Lakin əməliyyata yaxın qrup üzvləri izlənildiklərindən duyuq düşüblər və polis hərəkətə keçərkən, çox güman ki bir çox livanlı, iranlı və azərbaycanlı maşınla İrana qaçmağa nail oldu.

İsrail rəsmilərindən biri deyir ki, Bakıda keçirilən məhkəmə işi hücum haqda İsraildə olan məlumatlarla üst-üstə düşür.

Amma bu həftə Bakıda keçirilən məhkəmənin ilkin iclasında aydın olub ki, altı müttəhimə qarşı irəli sürülən ittihamlara İran İnqilab Keşikçiləri Qvardiyası ilə əlaqələr də daxildir. Qvardiyanın Hezbollahla sıx əlaqələri olduğu deyilir.

Müəllif daha sonra ekspertlərə istinadən, Hezbollahın İmad Muqniyyənin qətlinin qisasını mütləq almağa çalışacağını yazır. Onlar Qərb diplomatlarına qarşı hücumlar plsnlaşdırmaqda ittiham olunurdu.

«Hezbullah» üzrə əsas mütəxəssis Maqnus Ranstorun fikrincə, Hezbollah "vaxtı gələndə lazımi qərarı qəbul edəcəyini" deyib.

XS
SM
MD
LG