Accessibility links

İsraildə mülki müdafiə təlimləri başlayıb


İsrail mülki əhali, əsgərlər və hökuməti ölkənin regional düşmənlərinin potensial raket hücumundan müdafiə etmək məqsədilə indiyə qədər ən böyük mülki müdafiə təlimləri keçirir. İsrail rəsmiləri beş gün sürəcək təlimləri bu gün başlayıblar.

Təlimlər zamanı İsrail şəhərlərinin adi və qeyri-silahlardan hücuma məruz qalması simulyasiya ediləcək. Təlimlərin bir hissəsi kimi, İsrailin mülki əhalisi sirenalar səslənən zaman sığınacaq axtarmalı olacaq.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, bu gün başlayan təlimlər adi qaydada keçirilir və bunun kəşfiyyatın hər hansı bir xəbərdarlığı ilə əlaqəsi yoxdur. İsrail üçüncü ildir ki, belə təlimlər keçirir.

XS
SM
MD
LG