Accessibility links

Zahedandakı şiə məscidinin parladılmasında əli olmaqda şübhəli bilinənlər həbs edilir


İrandan alınan məlumatda bildirilir ki, keçən həftə Zahedan şəhərindəki şiə məscidində ölümlə nəticələnən bomba hücumundan sonra bu təriqətlərarası zorakılıqda əli olmaqda şübhəli bilinən çoxlu sayda adam həbs edilib. Məhkəmə sözçüsü Əlirza Cəmşidi müxbirlərlə söhbəti zamanı bomba hücumundan bir neçə gün sonra küçələrdə baş verən qarşıdurmalar zamanı 20-dən 30 nəfərə qədər adamın həbs edildiyini, 6 nəfərin isə öldüyünü bildirib. Lakin yerli polis sözçüsü Hüseyn Seyyidi İranın Fars xəbər agentliyinə verdiyi müsahibəsi zamanı həbs edilənlərin sayının daha çox olduğunu və bir polis zabitinin qətlə yetirildiyini deyib.

Xatırladaq ki, keçən həftə sünnilərin çoxluq təşkil etdiyi Zahedan şəhərinin şiə məscidində baş verən bomba hücumu 25 nəfərin ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG